Sumqayıtda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü qeyd olunub

599

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib, partiyanın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizdə qazanılan uğurlarda Yeni Azərbaycan Partiyasının mühüm rol oynadığını diqqətə çatdırıb.

Z.Fərəcov Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.

YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev təşkilatın yaranma tarixi, keçdiyi yol, ötən 24 il ərzindəki fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Digər çıxış edənlər,  Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən danışıblar.

dsc_0262

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər