Dövlət Turizm Agentliyi Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə Novxanı və Corat ərazisindəki çimərliklərdə iməcilik keçirib. İməcilik çərçivəsində ərazi məişət tullantılarından təmizlənib, geniş abadlıq işləri görülüb.
Dövlət Turizm Agentliyi tərəfindən cari ildə Novxanı və Coratda hər birinin ərazisi 3 hektar olmaqla, ümumilikdə 12 hektar sahəni əhatə edən 4 ictimai çimərlik yaradılıb. Bu ictimai çimərliklərdə istirahət üçün lazımi şərait yaradılıb. Belə ki, çimərliklərdə avtodayanacaqlardan, duş kabinələrdən, sanitar qovşaqlardan, uşaq-əyləncə meydançalarından, futbol və voleybol meydanlarından yararlanmaq ödənişsizdir.
Vətəndaşlar ictimai çimərliklərdə yalnız stol-stul və jezlonq kirayəsi, həmçinin digər xidmətlərə görə ödəniş edəcəklər. Bu barədə məlumatlandırıcı və istiqamətverici lövhələr ictimai çimərlik ərazisində müxtəlif yerlərdə quraşdırılıb.
Əhalinin asudə vaxtının səmərəli təşkili üçün yaradılan bu ictimai çimərliklərdə səliqə-sahmanın, təmizliyin, keyfiyyətli xidmətin davamlı olması daim nəzarətdə saxlanılacaq.
Sumqayıtda yeni ictimai çimərlik yaradılıb
•
187


Müzakirə qapadılmışdır.