Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib – VİDEO

335

Sumqayıtda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 10 obyektin sahibi cərimələnib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı şəhər ərazisində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk və market aşkar edilib. Azyaşlılara tütün məmulatı satan satıcılarla profilaktik söhbətlər aparılıb.

Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib.

Sumqayıt şəhərində yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi tədbirlər bundan sonra da davam etdiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər