Sumqayıtda yol kənarından meyiti tapılan şəxsin kimliyi məlum olub.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, 1985-ci il təvəllüdlü Cəlal Etibar oğlu Hüseynov olması müəyyən edilib. Onun avtomobillə vurulduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Saat 11:01
Sumqayıtda yol kənarında naməlum kişi meyiti tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, Stansiya Sumqayıt adlanan ərazidə meyiti tapılan şəxsin 30-35 yaşlarında olduğu və avtomobillə vurularaq öldüyü ehtimal olunur.
Hazırda mərhumun şəxsiyyətinin dəqiqləşdirilməsi və hansı şəraitdə ölməsi dəqiqləşdirilir.