Sumqayıtda yollar qardan təmizlənir- FOTO

5771

Sumqayıt şəhərində gecə saatlarından yağan qar hazırda da davam edir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhər ərazisində hərəkətin təmin olunması məqsədi ilə gecə saatlarından yolların qardan təmizlənməsinə başlanılıb:

“Yolların təmizlənməsi üçün xeyli sayda texnika və canlı qüvvə cəlb edilərək, təmizlənmə işləri aparılıb. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıtın müxtəlif ərazilərində qaz, su və işığın verilməsində problemlərin yaranmamasını xüsusi diqqətində saxlayır və hər hansı bir fəsad ortaya çıxarsa dərhal aradan qaldırılacaq, insanların rahatlığı təmin ediləcək”



www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər