Sumqayıtda zavodda yanğın olub

627

Azərbaycanda zavodların birində yanğın baş verib. sumqayitxeber.com saytının Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində, “Etilen-Polietilen” zavodunun ərazisində olan çənin içərisindəki məhsul qalıqları 60 kv.m sahədə yanıb. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

“Azərikimya” İB-nin Mətbuat xidməti isə bildirib ki,  söhbət yalnız kiçik bir çəlləyin yanmasından gedir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər