Sumqayıtdakı partlayışla bağlı prokurorluq araşdırmaları davam etdirir

565

Sumqayıt şəhərindəki “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətində baş verən yanğınla bağlı istintaq tədbirləri davam edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sentyabrın 20-də  “Media forum” saytına bildirib ki, cinayət işləri üzrə hələlik məsuliyyətə cəlb edilənlər yoxdur.

Sentyabrın 17-də  “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində olan yanğın zamanı qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlu həlak olub. Hadisə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma və yanğın təhlükəsizliyi qaydalarının pozulması maddələri ilə araşdırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər