Sumqayıtdan ilk dəfə Hindistana karbamid gübrəsi ixrac edib

761

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti – Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu ilk dəfə olaraq Hindistana karbamid gübrəsi ixrac edib.

“Report” Agentliyə istinadən xəbər verir ki, ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox məhsul göndərilib.

Zavod 2019-cu ildən fəaliyyət göstərir, ölkənin azot gübrəsi idxalından asılılığının aradan qaldırılmasında və yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Onun məhsulları “Made in Azerbaijan” brendi ilə Brazilya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər