Sumqayıtın 70 illiyinə həsr olunmuş kitab təqdimatı

2134

Sumqayıt Şəhər Təhsil Şöbəsində son dövrdə Şəhərimizin 70 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Təhsil Şöbəsinin müdiri Arzu xanım Alızadənin şəhərin qabaqcıl müəllimlərinin və məktəb direktorlarının iştirakı ilə keçən növbəti tədbrdə şəhərin gənc müəllimləri, Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin tarix müəllimi Raqif Şirinovun və 29 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Səbinə İsayevanın müəllifi olduqları kitabların təqdimatı olmuşdur.
Tədbiri giriş sözü ilə açıq elan edən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu xanım Alızadə iştirakçıları salamladıqdan sonra şəhərimizdə aparılan geniş quruculuq işləri, Sumqayıt təhsilinin qazandığı uğurlar, bəzi problemlər və qarşıda duran məsələlərdən söhbət açaraq kitab müəlliflərini iştirakçılara təqdim etmiş və sonra sözü kitab müəlliflərinə vermişdir.
Kitab müəllifləri çıxış edərək kitabın təqdimatına yüksək səviyyədə şərait yaradan Təhsil Şöbəsinin müdiri Arzu xanım Alızadəyə təşəkkür etmiş və müəllifi olduqları kitablar haqqında iştirakçılara məlumat verdikdən sonra kitablardan qonaqlara təqdim etmişlər.
Sonda çıxış edən iştirakçılar kitab haqqında fikir və mülahizələrini bildirmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər