Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

167

Sumqayıt Elektrik Şəbəkəsinə daxil olan 110/10 kV-luq “Sumqayıt” yarımstansiyasından çıxan 14 və 16-cı şəhər fiderlərində təmir və elektrik naqillərinin yenilənməsi işləri görüləcək. Yenidənqurma çərçivəsində Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkiləcək. Bu səbəbdən saat 11:00-dan 15:00-dək Sumqayıt şəhərinin 20 və 21-ci mikrorayonları, həmçinin 50-53-cü məhəllələrin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq”,-deyə Mətbuat Xidmətindən bildirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər