Sumqayıtın bəzi ərazilərində qazın verilişi müvəqqəti olaraq dayandırılacaq

1229

Sabah Sumqayıtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq. Bu barədə Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

20 aprel saat 10:00-dan etibarən “Şəhər-4” orta təzyiqli qaz kəmərində zəruri tədbirlərin gürülməsi və təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən işlər tamamlanana qədər qaz verilməyəcək.

Ceyranbatan, Novruz, Təzə və Köhnə Corat qəsəbələri, “Yaşıldərə” və “Qurddərəsi” yaşayış massivləri, Sumqayıt-Novxanı şosesi əraziləri, Metallurq, Saray, Novxanı və Corat bağları, şəhərin 42, 47, 48, 49, 50, 51, 52, 53-cü məhəllələri, eləcə də 10, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər