Sumqayıtın daha bir giriş yolu təmir edilir – FOTOLAR

596

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son vaxtlar Sumqayıtda genişmiqyaslı tikinti, abadlıq, yenidənqurma işləri aparılır. Şəhərin mənzərəsi kompleks şəkildə yeniləşir. Bu kontekstdə Sumqayıt şəhərinin digər giriş qapısı olan magistral yol müasir standartlar səviyyəsində yenidən qurulur. Artıq şəhərin sənaye ərazisindən giriş yolu – Yəhya Məmmədov küçəsində intensiv yenidənqurma işləri aparılır.

AZƏRTAC xəbər verir ki, Sumqayıtda hər kəsin “Metallurq” kimi tanıdığı Yəhya Məmmədov küçəsi şəhərin alternativ yolu və sənaye girişi kimi tanınır. Yolun hədsiz dərəcədə bərbad olması, yük maşınlarının yaratdığı fəsadlar, səliqəsizlik, natəmizlik, üstəlik işıqlandırılmaması hərəkət üçün problem yaradıb onu iflic edirdi. Bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Bütün bunlar nəzərə alınaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən bu yolun da abadlaşdırılmasına qərar verilib və işlər artıq başlayıb.

Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsindən bildirilib ki, Yəhya Məmmədov küçəsi ümumilikdə 3800 metr olmaqla ən son standartlara uyğun təmir olunacaq, avtomobil yolu işıqlandırılacaq. Həmçinin sənaye zonasında işləyənlərin rahat hərəkəti üçün əlavə səki tikiləcək.

Küçənin Bakı-Quba avtomagistralına qədər olan hissəsi tamamilə abadlaşdırılacaq. Küçənin girişində hasarın üzərindəki lövhədə Sumqayıtın simvolu öz əksini tapacaq.

Bununla da Sumqayıtın əsas girişinə alternativ yol məsələsi həll olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər