Sumqayıtın deputatı:”Azərbaycan gəncləri xalqın müstəqillik arzularını öz həyatları bahasına bütün dünyaya göstərdilər”

600

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili 2 Fevral Gənclər günü münasibətilə gəncləri təbrik edib.
Təbriki diqqətinizə çatdırırıq:
“Əziz gənclər!
Gənclər günü münasibətilə sizi təbrik edirəm!

Azərbaycan gəncləri tarixin sinaqlarından həmişə qalib çıxaraq öz mübarizliklərinin sübut etmişlər. 1990-cı ildə sovet tanklarının qarşısında canlı sipər olaraq duran Azərbaycan gəncləri xalqın müstəqillik arzularını öz həyatları bahasına bütün dünyaya göstərdilər. 10 minlərlə Azərbaycan gənci erməni işğalçılarına qarşı şərəflə mübarizə apararaq şəhid olmuşlar. Dövlətçiliyin möhkəmlənməsində, ölkənin yenidən qurulmasında gənclik daim öndə olmuş və min bir əziyyətə qatlanmışlar.
Bu gün də Azərbaycan gəncləri səngərdə işğalçılarla üzbəüz dayanaraq düşməndə qorxu yaratmaqla, ölkədə və xaricdə yüksək təhsil almaqla, ictimai-siyasi sabitliyin qorunması yolunda öz dövlətçilik mövqelərinin bildirməklə, hökumətdə, parlamentdə, beynəlxalq təşkilatlarda onlara olan yüksək etimadı doğrultmaqla öz mübarizlik və müasirliyini bir daha sübut etməkdədirlər.
Sürətlə dəyişən və daha təhlükəli olan müasir dünya Azərbaycan gəncləri qarşısında da müasir cağırışlar, təhdidlər və eyni zamanda yeni imkanlar yaratmaqdadır. Gənclər daha çalışqan, daha savadlı, daha mübariz, daha vətənpərvər olmaqla müasir texnologiyalara yiyələnərək Azərbaycanı daha da inkişaf etdirmək iqtidarında olacaqlar. Son illərdə ölkədə bütün sahədə yaradılan möhkəm və inkişafa yönümlü platformalar gənclərə bu imkanı yaradacaqdır!”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər