Sumqayıtda şəhərin fəxri vətəndaşı olmuş Aslan Osmanovun 2-ci məhəllə ərazisində yaşadığı evin fasadına xatirə lövhəsi vurulub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov Aslan Osmanov haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Aslan Osmanovun Sumqayıt şəhərinin inkişafında böyük əməyi olub.
Şəhər ağsaqqallar şurasının sədri Müzəffər Gülümov A.Osmanovhaqqında xatirələrini bölüşüb.
Qardaşı İslam Osmanov göstərilən diqqətə və qayğıya görə ailələri adından minnətdarlığını bildirib.
Müzakirə qapadılmışdır.