Sumqayıtın gerbi qəbul edilib

994

Azərbaycanın iri sənaye şəhəri Sumqayıtın bundan sonra öz gerbi olacaqdır. İyulun 22-də şəhər aktivinin bu ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında şəhər gerbinin təqdimatı olmuşdur.
Gerbinin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş eskizlər mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sözlərinə görə, müsabiqəyə 50-yə yaxın eskiz təqdim edilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Sumqayıt sakinlərinin fikrincə, xüsusi komissiya tərəfindən seçilmiş gerb sülhsevər və pozitiv əhval-ruhiyyəli bu sahilyanı şəhərin tərəqqiyə can atması ideyasını inandırıcı şəkildə əks etdirir.
Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə edəcəkdir. Bundan sonra Sumqayıt müəssisələrində buraxılan bütün məhsulların üzərinə Sumqayıtın gerbi vurulacaqdır. AzərTac, Ətrabə Rzayeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər