“Sumqayıt”ın heyətində üç yeni futbolçu

623

“Sumqayıt” klubu bir günlük istirahətin ardından “Neftçi” ilə oyunun hazırlığına start verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan səhər məşqində zədəli futbolçu yer almayıb.

Yalnız əzələsini dartmış Aftandil Hacıyev fərdi məşq edib. Bundan başqa, baş məşqçi Bernhard Raab əvəzedici komandadan üç futbolçu – Arif Vəliyev, Aydın Qasımov və İsmayıl Qəhrəmanovu əsas komandaya dəvət edib. “Sumqayıt”ın axşam məşqi saat 17:00-da Masazır qəsəbəsində yerləşən “Əlincə” stadionunda olacaq.

Qeyd edək ki, “Sumqayıt” klubu Premyer Liqanın 6-cı turu çərçivəsində sentyabrın 24-də Mehdi Hüseynzadə adına stadionunda “Neftçi”ni qəbul edəcək. mənbə: Qol.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər