Sumqayıtın Xeberle.com informasiya portalının direktoru Kamal Almuradlı və saytın həmtəsisçisi və redaktoru Ramil Zeynallı Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə görüşüb.
Görüşdə Xeberle.com informasiya portalının direktoru Kamal Almuradlı rəhbərlik etdiyi media qurumu, eləcə də Sumqayıt şəhəri haqqında geniş məlumat verib. Bildirib ki, əsas məqsədi ictimai, siyasi, sosial və mədəni həyatda baş verən hadisə və yenilikləri təqdim etməkdən ibarət olan portal ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlərə yer ayırır.
Səfir Viktor Szederkenyi öz növbəsində Azərbaycanla Macarıstan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu deyib. Bildirilib ki, ölkələrimizdə artıq bir sıra qarşılıqlı mühüm mədəni tədbirlər keçirilib ki, bu da xalqlarımızın bir-birini daha da yaxşı tanıması və dostluq əlaqələrinin inkişaf etdirilməsi işinə xidmət edir. Görüşdə həmçinin mədəni və təhsil sahəsində qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində qarşlıqlı fikir mübadiləsi aparılıb.
Sonda portal rəhbəri tərəfindən oxucular üçün müzakirə olunan sahələr, iki dost dövlət, xalqlar arasında münasibətlərin inkişafı istiqamətində informasiyanın yayılmasının mümkünlüyünü ifadə edib.
Sumqayıtın informasiya portalının rəhbərliyi səfirlə görüşdü – FOTO
•
890