Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsi verilən polis rəislərinin bioqrafiyası maraq doğurub.
“Qafqazinfo” xəbər verir ki, bu gün general-mayor rütbəsi verilənlərdən biri Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılovdur.
Fotoda: Əkbər İsmayılov
Ə.İsmayılov 1963-cü ildə Yerevanda anadan olub. Vladimir Xüsusi Orta Milis Məktəbini, daha sonra isə DİN-in Polis Akademiyasını bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışıb.15 il Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PB-nin rəisi və həmin İdarənin əməliyyat işi üzrə rəis müavini, Sumqayıt ŞPİ-nin rəisi, Xətai və Yasamal RPİ-lərinin rəisi, Gəncə şəhər BPİ-nin rəisi vəzifələrində xidmət edib.
2020-ci ilin noyabr ayında Bakı Şəhər BPİ-nin rəisi vəzifəsinə təyin olunub. Ailəlidir, 3 övladı var.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov da general-mayor rütbəsi alanlar sırasındadır.