Sumqayıtın mədəniyyət işçiləri şəhid ailəsinə baş çəkiblər

503

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları şəhid ailəsinə baş çəkib, ailənin qayğıları ilə maraqlanıblar.

İdarədən AZƏRTAC-a bildirilib ki, Sumqayıtın mədəniyyət işçiləri bu dəfə şəhərin Corat qəsəbəsinə yollanıb, şəhid Müşfiq Abbas oğlu Bəktiyevin ailəsini ziyarət ediblər.

Şəhidimiz Sumqayıt şəhər Corat qəsəbəsində 2002-ci il yanvarın 24-də anadan olub. O, 2008-ci ildə Sumqayıt şəhər Corat qəsəbəsində 7 nömrəli tam orta məktəbdə təhsilə başlayıb. Sonra təhsilini 10 saylı peşə liseyində elektrik qaz qaynaqçısı olaraq davam etdirib. Lakin təhsilini yarımçıq qoyaraq, 2020-ci il yanvarın 27-də Qusar rayonunda hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladıqda o da yoldaşları ilə birlikdə döyüşlərə qatılıb. Müşfiq Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 20-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

M.Bəktiyev ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər