Sumqayıtın millət vəkilləri Polad Həşimovun məzarını ziyarət ediblər

274

Sumqayıtın millət vəkilləri şəhid general-mayor Polad Həşimovun məzarını ziyarət ediblər

Sumqayıtı Milli Məclisdə təmsil edən deputatlar Hicran Hüseynova, Tahir Mirkişili, Zaur Şükürov, Mehriban Vəliyeva, Səbinə Salmanova və Elnarə Akimova Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun məzarını ziyarət ediblər.

Deputatlar şəhidin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad edib, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov Vətənə sədaqəti, qəhrəmanlığı və şücaəti ilə xalqımızın yaddaşında əbədi iz qoyub. Onun əziz xatirəsi hər zaman dərin hörmət və ehtiramla anılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər