“Sumqayıt”ın yeni transferi Bakıda: Müqavilə müddəti bəlli oldu

106

“Sumqayıt”ın heyətinə qatmağa hazırlaşdığı iranlı futbolçu Höccət Haqverdi Azərbaycana gəlib.

“Report” “footballi.net” saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi artıq Bakıdadır.

Onunla 2020/2021 mövsümünün sonunadək müqavilə imzalanacağı bildirilib.

Haqverdi son olaraq ölkəsinin “Paykan” klubunda çıxış edib.

Qeyd edək ki, “Sumqayıt” daha əvvəl “Neftçi”dən Cabir Əmirlini icarəyə götürüb və sabiq hücumçusu Mehdi Şərifini transfer edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər