Sumqayıtlı abituriyent ən yüksək nəticə göstərdi-FOTO

4805

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin şağirdi Məhəmməd Ağamalıyev yaz qəbul imtahanlarında bütün qruplar üzrə 694 balla ən yüksək nəticə göstərən abituriyentdir. Əslində Məhəmməd 700 ballıq nəticənin astanasında olsa da, həyəcandan cavab kartında 35-ci sualın cavabını qeyd edərkən, səhvən artıq qeyd etmiş olduğu 34-cü sualın cavabında yenidən qeydiyyat aparıb. Məhəmməd Ağamalıyev Dövlət İmtahan Mərkəzinə müraciət etsə də, ona, kompyuterin yoxladığı cavablara mudaxilə edə bilmədiklərini bildiriblər.

Qeyd edək ki, Məhəmməd 11-ci sinif buraxılış imtahanlarında da 300 bal toplayaraq maksimum nəticə göstərib. Əlavə edək ki, Məhəmmədin əkiz qardaşı Əli də abituriyentdir və o da IV qrup üzrə imtahan verərək 676 ballıq nəticə göstərib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər