Sumqayıtlı aktyor qəzaya düşdü

2189

Azərbaycanlı aktyor Ruslan Sabirlinin başına iş gəlib.
Aktyor bildirib ki, avtomobil qəzası keçirib. Onun sözlərinə görə, yanvarın 3-də axşam saatlarında Bakı-Sumqayıt yolunda idarə etdiyi “Hyundai” markalı avtomobil elektrik dirəyinə çırpılıb: “Anamla birgə bibim oğlunun toyuna gedirdik. Qəflətən qəza keçirdik. Yaxşı ki, özümüzə bir şey olmadı. Amma avtomobilim əzildi, 2 min manat ziyana düşdüm. Yeni ilin ilk həftəsi mənə düşərli olmadı”.Qeyd edək ki, R.Sabirli “Həyat varsa”, “Muradına çatan Günəş”, “Sənə inanıram” seriallarında rol alıb.
Lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər