İqtisadçı Kənan Aslanlı Ankara Yıldırım Beyazıt Universitetinin (AYBU) Beynəlxalq İqtisadi İnteqrasiya kafedrasında müəllim kimi fəaliyyətə başlayıb.
Kənan Aslanlı 2016-cı ildə Ankara Yıldırım Beyazıt Universitetinin Sosial Elmlər İnstitutunda (ingilis dilində) doktoranturaya başlayıb, 2022-ci ildə Rusiyanın xarici enerji siyasəti və enerji münaqişələri mövzusunda dissertasiya müdafiə edərək doktor (PhD) elmi dərəcəsini alıb.
K.Aslanlı müxtəlif analitik mərkəzlərdə və beynəlxalq təşkilatlarda enerji təhlükəsizliyi, iqtisadi siyasət və fiskal siyasət üzrə ekspert kimi çalışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Vyana BFI Tətbiqi Elmlər Universitetində (Avstriya) müəllim, Bremen Universitetinin Şərqi Avropa Tədqiqatları Mərkəzində (Forschungsstelle Osteuropa) tədqiqatçı (Almaniya) olmuşdur.
Dünyanın müxtəlif ölkələrində yayımlanan xeyli sayda elmi məqalənin, kitabın və analitik hesabatın müəllifidir.
Dr. Kənan Aslanlı əslən Qubadlı rayonunun Əyin kəndindən olub, Sumqayıtda məcburi köçkün həyatı yaşayıb. 1993-2001-ci illərdə Sumqayıt şəhər 20 nömrəli məktəbdə təhsil alıb.
Müzakirə qapadılmışdır.