Sumqayıtlı bəstəkar-müğənni, aparıcı 10 il çalışdığı kanaldan getdi: "Sadəcə olaraq..."

1469

Bəstəkar-müğənni, aparıcı Murad Arif Lider TV ilə yollarını ayırıb. 

Milli.Az xəbər verir ki, baku.ws-ə açıqlama verən M. Arif bildirib ki, bir müddət heç bir televiziya kanalında görünməyəcək:

“Artıq 5-ci aydır ki, dövlət konsertləri istisna olmaqla, verilişlərdə aparıcı və ya qonaq qismində də görünmürəm. Söhbət yalnız “Lider”dən getmir. Ümumiyyətlə, qışa qədər televiziyalarda görünməyi sıfıra endirmək qərarındayam. Sadəcə olaraq, belə lazımdır. Detalları açıqlamayacağam. İnstaqram, Facebook səhifələrim və Youtube kanalımdan yeniliklər açıqlanacaq”.

Xatırladaq ki, M.Arif Lider TV-də çalışdığı 10 il müddətdə “Solo”, “Status” kimi verilişlərin aparıcısı olub.

M.Arif hazırda “Youtube”da böyük marağa səbəb olan “Popumuz var” layihəsinin təqdim edir. Sözügedən layihə “MuzTV Azərbaycan” kanalında da yayımlanmaqdadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər