Sumqayıtlı həvəskar marafonçu Beynəlxalq yarışda iştirak edib

1190

“Azərikimya” İstehsalat Birliyinin (İB) əməkdaşı Vüqar Abdullayev fevralın 23-də Türkiyənin Trabzon şəhərində keçirilən 40-cı Beynəlxalq Qaçış Marafonunda iştirak edib.

Türkiyənin Trabzon şəhərində keçirilən 11,5 km məsafəyə qaçış üzrə Yarım Marafona müxtəlif olkələrin idman klublarını təmsil edən 500-dən artıq idmançı qatılıb. Yarışlarda Azərbaycanı təmsil edən və Bakı Marafon Klubunun üzvü kimi qeydiyyata alınan Vüqar Abdullayev 21 kilometrlik qaçış marafonunda 280 nəfər arasında 9-cu nəticə göstərib ki, bu da, həvəskar marafonçu üçün çox böyük uğur olmaqla, SOCAR ailəsi üçün də xoş bir xəbərdir.

Məlumat üçün bildirək ki, Vüqar Abdullayev 29 may 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2000-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində təhsil alıb. 2005-ci ildən taleyini kimya sənayesi ilə bağlayan V.Abdullayev “Sintezkauçuk” və Etilen-polietilen zavodlarında mühəndis kimi fəaliyyət göstərib. Hazırda “Azərikimya” İB-nin Təmir-tikinti İdarəsinin 02 saylı təmir-tikinti və korroziyadan mühafizə sahəsində mühəndis kimi əmək fəaliyyətini davam etdirir.

İdmanın bir neçə növü, eləcə də velosiped idman növü ilə davamlı olaraq məşğul olan həmkarımız dəfələrlə müxtəlif beynəlxalq səviyyəli yarışlarda respublikamızı uğurla təmsil edib və mükafata layiq yerlər qazanıb.

V.Abdullayev həm də həvəskar fotoqrafdır. “Azərikimya” İB-nin və Sumqayıt şəhərinin ictimai-sosial tədbirlərinin foto çəkilişlərini edir, bir neçə respublika və beynəlxalq əhəmiyyətli foto-müsabiqələrdə iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər