Karatenin “Brilyant oğlanı” Rafael Ağayev Heydər Əliyev mərkəzində uşaqlar üçün karate dərsi keçəcək.
sumqayitxeber.com –un BAKU.WS-ə istinadən məlumatına görə,5 qat dünya çempionu master klası iyun ayının 18-də saat 10:00-da mərkəzin parkında baş tutacaq.İştirak etmək istəyənlər karate formasında dərsə qoşula bilər. Yaş həddi 15-18 yaş. Qeyd edək ki, giriş sərbəstdir.
Rafael Ağayev 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, “Bakı-2015” Avropa Oyunlarının və “Bakı-2017” 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Sumqayıtlı idmançı pulsuz karate dərsi keçəcək -FOTO
•
754