Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə milli komandasının üzvü Kamran Zeynalov Almaniyanın Hannover şəhərində keçirilən Beynəlxalq turnirdə gümüş medal qazanıb.
İdmançı miks komanda növündə (kişi və qadın) pnevmatik tapançadan 10 metr məsafəyə atışda (P2) ikinci olub.
Yarışda Makedoniya millisi 1-ci, Braziliya isə 3-cü yerə çıxıb.
Qeyd edək ki, sözügedən turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.
Müzakirə qapadılmışdır.