Sumqayıtlı şagirddən rekord nəticə – 690 bal

265

III ixtisas qrupu üzrə ən yüksək nəticə – 690 bal

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunları arasında III ixtisas qrupu üzrə ən yüksək nəticə qeydə alınıb.

Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbin məzunu Hüseynzadə Fidan İlham qızı qəbul imtahanının hər iki mərhələsinin nəticələrinə əsasən ümumilikdə 690 bal toplayaraq yüksək nailiyyət əldə edib.

Belə ki, Fidan Hüseynzadə imtahanın I mərhələsində 293,8 bal, II mərhələsində isə 396,2 bal nəticə göstərib. Bununla da o, III ixtisas qrupu üzrə regionun ən yüksək nəticə göstərən məzunlarından biri olub.

Qeyd edək ki, yüksək nəticə göstərən məzun təhsil aldığı məktəbin və müəllim kollektivinin uğurlarına növbəti töhfə kimi dəyərləndirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər