Sumqayıtlı şagirdləri müsabiqəyə qatılıb

631

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu “Evromedia”şirkəti istedadlı yuxarı sinif şagirdləri arasında Ukraynada keçiriləcək yeni möhtəşəm TV şousuna noyabr ayında start verəcək. “Məqsəd-Tələbə. Kim Ukraynada təhsil almaq istəyir?”şousu dünyanın ən yaxşı intellektual televiziya oyunları modelləri əsasında qurulub. Ən ağıllı,istedadlı və iddialı məzunlar Azərbaycanın ATV televiziya kanalında ölkə qarşısında öz bacarıqlarını nümayış edə biləcək. 40 nəfər layihədə (hər məktəbdən 4 iştirakçı) iştirak edəcək.

Layihənən qısa təsviri: İntellektual televiktorina-ölkənin gələcəyi olan yuxarı sinif şagirdlərinin bacarıqlarının sınanması.Layihə 6 (5 seçim və 1 yekun proqramı) proqramdan ibarətdir.Yalnız 2 nəfər,mükafat olaraq Ukraynanın ən yaxşı Universitetlərində təhsil almaq imkanını qazanacaqladır.Şou çəkilişləri noyabrda Kiyevdə aparılacaq və minimum 1 həftə çəkəcək.Çəkiliş iştirakçılarına Azərbaycandan gələn müşayət komandası,yerli psixoloqlar,kastinq mnecerləri,televiziyz və Euromedia şirkətinin əməkdaşları tərəfindən daimi diqqət və qayğı göstəriləcəkdir.İştirakçılar çəkiliş zamanı Ukrayna təhsil sistemi ilə tanış olacaq,maraqlı turist məkanlarını görəcək,qabaqcıl ali təhsil müəssisələrinə gedib görkəmli Ukrayna müəllimləri və məşhur ulduzlarla ünsiyyətdə olacaqlar və Ukraynadan səyahətdən unudulmaz anlar yaşayacaqlar.

Layihədə iştiraka Sumqayıt şəhərindən 1,11 sayli məktəblər,“İstedad”və”Təfəkkür” liseyləri qoşulmuşdur. IX, X və XI sinif şagirdləri arasında yüksək intellektə və dünyagörüşə malik olan şagirdlər arasnda müsahibə keçirilmişdir.Müsahibəni Ukraynadan gələn kastinq komandası keçirmişdir.Qaliblərin adı növbəti həftə açıqlanacaq.

QEYD:seçimdə və layihədə iştirak etmək ödənişsizdir.Layihə qaliblərinin uçiş bileti,yaşayış,qidalanmaq xərcləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu,Ukraynanın Təhsil və Elm ,Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihənin Sumqayıt şəhəri üzrə koordinatoru Gülbahar Haqverdiyevadır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər