Sumqayıtlı sahibkar məhkəmə özbaşınalığından şikayətlənir – FOTOLAR

761
Sumqayıtda yaşayan fərdi  sahibkar İlham Əbdilov redaksiyamıza ünvanladiğı şikayət məktubunda bildirir ki, Sumqayıt şəhər 13-cu mikrorayon , ev 8 A-nın yaninda yerləşən (“Şərq bazarı” ilə üzbəüz) ona məxsus olan ticarət  obyektinə qonşu olan digər iki obyektin Sumqayıt şəhər icra hakimiyyətinin sərəncami ilə 2011-ci ilin noyabr-dekabr aylarında sökülmüş , orada “Avrasiya” MMC -yə şadlıq evi tikilməsi barədə icazə verilib. Tikintini sifarişçi özü – “Avrasiya” MMC  aparıb. Tikintini aparan “Avrasiya”  MMC  özülbərkitmə işləri aparılmadan özulqazma işləri apararkən tikinti norma və qaydaları kobud surətdə pozulub və tikinti obyektinin ətrafında torpaq sürüşməsi baş verib. Nəticədə yaxındakı 9 mərtəbəli binaların özüllərində, yaxınlıqdan keçən yol örtüyündə ciddi çatlar əmələ gəlib, ən çox ziyan  isə qonşuluqda yerləşən Əbdilov İlham Veysəl oğluna məxsus aptekə dəyib. Belə ki, ticarət obyektinin döşəməsində  3-5 sm enində, divarlarda coxlu sayda  çatlar yaranıb və  sahibkar İlham Əbdilov sahibkarliq fəaliyyətini bir müddət dayandırmalı olub. Məsələ ilə bağlı sahibkar Fövqaladə Hallar Nazirliyinə müraciət edib və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəsisləri işə müdaxilə edərək  özülqazma işlərini dayandırıb, “Avrasiya” MMC -dən  təcili bərkitmə işləri aparılmasıni tələb etmiş və  beləliklə dəymiş ziyanın böyüməsinin qarşısı alınıb.
Əbdilov İlham Veysəl oğluna məxsus ticarət obyektində yaranmış qəzalı vəziyyətin aradan qaldırılması üçün “Avrasiya” MMC-nin məsul şəxslərinə  dəfələrlə müraciət olunmasına baxmayaraq  qarşı tərəf yalan vədlər vermiş və hec bir iş görməyiblər. İlham Əbdilovun bildirdiyinə görə onun  Sumqayıt şəhər icra hakimiyyətinə etdiyi  müraciətlərə isə şifahi şəkildə cavab verilərək  məhkəməyə müraciət etməsi  tövsiyyə edilib.
Sumqayıt Şəhər Məhkəməsinə  2013-cü ilin may ayında verilmiş iddia ərizəsi iki hakim dəyişikliyindən sonra hakim Ruvinov Vladimir Yefimoviçin icraatına verilib. Hakim cavabdeh olan “Avrasiya”MMC-nin direktoru Muradov Fərmanın ev unvanı və firmanın hüquqi unvanı haqda məlumatlar təqdim edilməsinə baxmayaraq məhkəmə iclaslarına dəvət etməkdə maraqlı olmayıb və özünü cavabdeh tərəfin vəkili kimi aparıb. İddiaçı Əbdilov İlhamın  hüquqlarını qorumaq əvəzinə qərəzli mövqe tutaraq, icra hakimiyyətinin baş vermiş olaya rəsmi mövqeyinin olmaması kimi absurd bəhanə ilə işi baxılmamış saxlayıb.
İlham Əbilov hakimin qərarından  apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 21 oktyabr 2013-cü il tarixdə hakim Rəhimov Elman Gulbala oglunun sədrliyi və hakimlər Məmmədova Lətifə Məhyəddin qızı və Qafarlı Səyyad Ağəli oğlunun iştirakı ilə məhkəmə iclası keçirilıb. Məhkəmədə iddiaçı və cavabdeh tərəflərin nümayəndələri iştirak edib.
Məhkəmənin qərarı ilə hakim Ruvinov Vladimir Yefimoviçin çıxardığı  qərardad ləgv olunub, iş baxılması üçün yerli məhkəməyə qaytarılıb. 18 dekabr 2013-cü il tarixdə SŞM-nin hakimi Ruvinov Vladimir Yefimoviçin sədrliyi ilə iddiaçı Əbdilov İlham Veysəl oğlunun dəymiş ziyanın ödənilməsi  barəsində mülki işinə  yenidən  baxılıb.
Sahibkar yazır: “Mənə dəymiş ziyan açıq-aşkar olsa, da ziyanın  ödəlinməsi haqda qadırdığım iddiam hakim Ruvinov tərəfindən təmin olunmayıb. Məhkəmə iclasında yenə cavabdeh tərəfin olmaması (Apellyasiya məhkəməsindən fərqli olaraq) hakimin qərəzli mövqe tutacaqından xəbər verirdi.  Əvvəlki iclaslardan fərqli olaraq  sübutların olmaması bəhanəsi (tək FHN-nin verdiyi rəy ən bariz sübutdur) ilə qərəzli şəkildə iddia rədd edildi. Elə ilk iclasda heç bir araşdırma aparmadan qərarın qəbul edilməsi hakim Ruvinovun Azərbaycan qanunlarına hörmətsizliyini, vətəndaşın hüququnu pozduğunu ,qərarın cavabdehin maragını güdərək verdiyini  təsdiqlədi.
Hakim Ruvinovun hüquqa  zidd hərəkətinə hüquqi qiymət verilməsi üçün əlaqədar təşkilatlara, Sumqayıt şəhər məhkəməsinin sədrinə,  Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edirəm. Hakim Ruvinovun qanuna zidd hərəkətlərinin dayandırılması, hakim adına xələl gətirən əməllərinə son qoyması ücün hörmətli Ədliyyə nazirI Fikrət Məmmədovun tədbir görəcəyinə və hakimin cəzalandırılmasına inanıram”.
/musavat.com/

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər