Sumqayıtlı xalq artisti ƏLİXAN SƏMƏDOV - SUMQAYIT 70

3067

Əlixan Səmədov – Azərbaycan musiqiçisi və sənətkarı, tanınmış, virtüoz balaban ifaçısıdır.

O, 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. 1979-1982-ci illərdə Səməd Vurğun adına Musiqi Məktəbində və Nəriman Nərimanov adına Mədəniyyət Evində təhsili alıb.

1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir.

Musiqi sənətini inkişaf etdirmək məqsədi ilə 1993-cü ildə Türkiyəyə köçən Ə.Səmədov balabanı ilə burada böyük dinləyici kütləsi qazanır.

Musiqi sənətinin inkişafındakı xidmətlərinə görə 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülür. Əlixan Səmədov həm də “Balaban metodu” kitabının müəllifidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər