Sumqayıtlılar “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubun fəaliyyətini qiymətləndirdilər

978

Əksəriyyət “Sumqayıt Şəhər”in fəaliyyətindən razı deyil

“Sumqayitxəber.com” saytda yerləşdirilmiş sorğuya yekun vurub. Sorğuda sayt ziyarətçilərinə ““Sumqayıt Şəhər” Peşəkar Futbol Klubundan razısınızmı?” sualı ünvanlanıb. Əksəriyyət, yəni 36% respondent  “razı deyiləm” cavabını qeyd edib. Sorğuda iştirak edənlərin 31%-I hesab edir ki, klubun fəaliyyətini qiymətləndirmək üçün hələ tezdir.

“Razıyam” cavabı verənlər isə sorğuda iştirak edənlərin 25%-ni təşkil edir.  Qismən razı olanlar da var. 8% iştirakçı “qismən razıyam” cavabını seçib

Qeyd edək ki, sorğu “sumqayitxeber.com” saytında ziyarətçilər arasında keçirilib və bu cür sorğular davamlı olaraq həyata keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər