Sumqayıtlıları narahat edən problem öz həllini tapır: “Acıdərə” kanalının boruya alınması işləri davam etdirilir

1879

Sumqayıt şəhərin ən böyük ekoloji problemlərindən biri olan “Acıdərə” kanalının boruya alınması işləri davam etdirilir. Kanalın şəhərin mərkəzindən keçən hissəsində artıq işlər yekunlaşıb.

Sumqayıt şəhərində son illər bütün sahələrdə kompleks işlər görülür.Şəhərdə uzun illərdən qalan, sakinləri narahat edən problemlər köklü surətdə həll edilir. Şəhərinin əsas problemlərindən biri “Acıdərə” kanalı da artıq öz həllini tapıb. Dövlət başçısnın tapşırığına uyğun olaraq hazirda “Aci dərə”  kanali qapali sistemə keçirilməklə yeni məcraya salınır.

Sumqayıt şəhərinin ərazisindən keçən “Acı dərə” kanalının qapalı sistemə salınmaq üçün inşa edilən beton kanalizasiya sisteminin bir hissəsi artıq tam hazırdı.

Layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımı sayda texnika və işçi qüvvəsi cəlb edilib.

Qeyd edək ki,  “Acı dərə” kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü.  Bu ətraf mühitin məhv olması ilə yanaşı orada yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə mənbəyidir. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alırdı. Kanalın çirkab suyu, həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradırdı.

Dövlət vəsati hesabına görülən işlər başa çatdıqdan sonra 20 minə yaxın sakinin yaşadığı ərazidə kanalizisiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər