Sumqayıt fərdi yaşayış massivlərinin sakinlərinin kanalizasiya problemi aradan qaldırılır. Uzun illərdir ki, əhalinin narahatlığına səbəb olan Acı dərə kanalı ətrafında aparılan işlərin ilkin mərhələsi başa çatıb. Ustü açıq olan kanalın bir hissəsi beton borulara alınıb.
Acı Dərə kanalı kimi Sumqayıtın Kanalizasiya təsərrüfatı üçün mühüm olan digər xətlərdə də işlər görülür. Şəhər ərazisində əsas kanalizasiya kollektorlarından birinin istismar müddətini başa vurmuş qəzalı vəziyyətdə olan hissələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir Şəhər ərazisində yaranan məişət-tullantı sularının 70%-dən çoxunu fekal kanalizasiya nasos stansiyasına nəql edən d1000mm kanalizasiya kollektorunun 9-cu mikrorayon “Lüdviqshafen”parkından, 39-cu məhəllədə yerləşən nasos stansiyasına qədər 1200 paqonmetr istismara yararsız hissəsi dəyişdirilərək yenidən qurulub.
Su kanal idadrəsi tərəfindən istismar müddətini başa vurmuş istismara yararsız kanalizasiya xətlərinin dəyişdirilməsi, magistral kanalizasiya kollektorunun qəzalı hissələrinin yenidən qurulması, məhəllədaxili və zirzəmi kanalizasiya xətlərində bərpa-quruculuq işləri həyata keçirilir. Ötən il ərzində məhəllədaxili və zirzəmi kanalizasiya xətlərində 3748 pmetr xətt dəyişdirilərək yenisi ilə əvəz olunub. O cümlədən 160 binanın zirzəmi kanalizasiya xətlərində təmir-bərpa işləri aparılaraq 2180 pm kanalizasiya xətti yenidən çəkilib. Eyni zamanda 35 ədəd quyu, 52 ədəd lyuk-qapaq dəsti, 62 ədəd yağış barmaqlığı təmir olunaraq istismara yararlı vəziyyətə gətirilib. Profilaktiki təmizləmə işləri çərçivəsində 5763 quyu, 673 ədəd barmaqlıq, 46176 pm kanalizasiya xətti xüsusi təyinatlı maşınla yuyularaq təmizlənib.