Sumqayıtlıların sevimli müəlliminin anım günüdür- FOTOLAR

4698
Bu gün  “Şöhrət” ordenli pedaqoq Sumqayıt təhsilində verdiyi töhfələrlə iz buraxmış Minarə Tahirovanın vəfatından bir il ötür. 
Minarə Tahirova ötən ilin bu günündə 20 Oktyabr 2017-ci tarixində 81 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Minarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olub. 1954-cü ildə o vaxtkı APİ-nin tarix fakültəsinə daxil olub. 1959-cu ildən bu günə qədər taleyini Sumqayıtla bağlayıb. Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini,23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır. 1981-1983-cü illərdə şəhər təhsil şöbəsinin müdiri, 1983-1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin katibi vəzifəsində işləyib. 1987-ci ildən 2011-ci ilədək N.Gəncəvi adına TTEL-in direktoru işləyib. “Əmək igidliyinə görə”, “Əməkdə fərqlənməyə görə”, “SSRI təhsil əlaçısı”, “Respublika qabaqcıl maarif xadimi” döş nişanları ilə təltif olunub. 2000-ci ilin 18 martında Prezidentin fərmanı ilə “Əməkdar müəllim” adına layiq görülüb, prezident təqaüdçüsüdür. 2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
1959-cu ildən taleyini Sumqayıtla bağlayan müəllim bu şəhərə münasibətini belə ifadə edirdi:  “Sumqayıt hər bir sumqayıtlının tale şəhəridir. Mənim isə öz şəhərimdir.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər