Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təntənəsidir

559

Türk xalqlarının mentalitetində bir çox mühüm müsbət keyfiyyətlər vardır. Bunların içərisində ən mühümlərindən də biri dostluğa, yoldaşlığa, qardaşlığa sonsuz etibar, etimad və sədaqətdir. 2021-ci ilin 15 İyununda imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dövlətləri arasında olan dostluğun qardaşlığın və sonsuz etimadın ən yüksək təntənəsi idi. Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədə də bu amil heç şübhəsiz öz rolunu oynamış oldu. İki ölkə prezidentlərinin bir-birilərinə qardaşım deyə müraciət etmələri səmimiyyətin ən yüksək göstəricisidir.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təməlində həm də iki ölkə iqtidarının, iki ölkənin hakim partiyalarının – Yeni Azərbaycan Partiyasının və AK partinin sarsılmaz iradəsi dayanır. Qururverici digər bir məqam isə Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və Yeni Azərbaycan Partiyası üçün əlamətdar bir gündə 15 İyunda – Milli Qurtuluş Günündə imzalanması idi. Azərbaycan-Türkiyə münasibətləri hər zaman yüksək səviyyədə olmuşdur. Lakin Azərbaycanda Yeni Azərbaycan Partiyasının, Türkiyədə isə AK partinin hakimiyyətə gəlməsi bu iki dövlətin hərbi-siyasi və iqtisadi baxımdan surətli yüksəlişinin parlaq nümunəsi idi. Hər iki dövlətin rəhbərlərinin qeyd etdikləri “güclü Türkiyə güclü Azərbaycandır” və uğun olaraq “güclü Azərbaycan güclü Türkiyədir” ifadələri dediklərimizə əyani misaldır. Hər iki ölkənin xalqı 2022-ci ilin 15 İyununda çoxəsrlik dövlətçilik tariximizin şanlı Zəfər dövrünün mühüm hadisəsinə, eləcə də Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığına və əbədiliyinə növbəti dəfə şahidlik etdi. “Şuşa İli”ndə, Azərbaycan xalqının ictimai-siyasi yaddaşında mühüm yer tutan, taleyində müstəsna rol oynayan 15 İyun – Milli Qurtuluş Günündə iki qardaş ölkə, iki qardaş prezident və iki güclü iqtidar partiyası arasında Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd etmək sonsuz fərəh və qürur hissi yaratmış oldu. Məhz bu məqalar gələcəyə Zəfər yolunda əminliklə və sonsuz qətiyyətlə irəliləməyə imkan verir və qarşıdakı illərdə də imkan verəcəkdir.
Bir məqam xüsusi vurğulanmalıdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının qazandığı parlaq qələbədə Cənab prezidentin və onun lideri olduğu Yeni Azərbaycan Partiyasının rolu çox böyükdür. Yaşlı və orta nəsil çox yaxşı xatırlayır ki, 90-cı illərin əvvəllərinda Azərbaycan necə ağır bir durumda idi. Siyasi xaos, dərin iqtisadi böhran, torpaqlarımızın işğalı, bütün bunlar o zamankı iqtidarın səriştəsizliyinin və bacarıqsızlığının nəticəsi idi. Təbii ki, bacarıqsız iqtidar milli maraqları lazımi səviyyədə qoruya bilməzdi. Azərbaycan xalqı və qabaqcıl ziyalılar isə qurtuluşun yolunu göstərirdilər. Məhz xalqın təkidli tələbi ilə 1993-cü ilin 15 İyununda Ulu öndər Heydər Əliyev Bakıya dəvət olundu. Həmin tarixdə xalqımızın qurtuluşunun təməli qoyulmuş oldu. Ulu öndərin uzaqgörən siyasəti, zərgər dəqiqliyi ilə hesablanmış siyasi gedişləri, möhkəm iradəsi və zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edilmiş oldu. 1993-cü ildən 44 günlük Vətən müharibəsinə qədər olan dövrdə Azərbaycan Respublikası böyük bir inkaşaf yolu keçmiş oldu.
Başqa dünya dövlətlərinin bəlkə də üç yüz il ərzində keçdiyi inkişaf yolunu Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyasının rəhbərliyi altında 30 ildən də az bir müddətdə keçdi. Güclü, stabil iqtisadiyyat, dinamik inkişaf, yenilməz, peşəkar ordu quruculuğu, hərbi sənaye kompleksinin yaradılması və inkişaf etdirilməsi, həmçinin xalqımızda qələbə ruhunun formalaşdırılması, bütün bunlar Yeni Azərbaycan Partiyasının uğurlu rəhbərliyi sayəsində mümükün oldu. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsində böyük qəhramanlıqlar göstərmiş gənclərimiz məhs Prezident İlham Əliyevin hakimiyyəti illərində formalaşdırılmış gənclik idi. Bu gəncliyin qəhramanlığı bütün dünya xalqlarına bir örnək və nümunə olmuş oldu. Hansı ki, 2020-ci ilin 27 Sentyabrdan 8 Noyabradək tariximizi qızıl hərflərlə yazdılar. 8 Noyabr millətimizin qürur gününə çevrildi.
Şuşa Bəyannaməsi birinci il dönümünə həsr olunmuş tədbirdə çıxış edən natiqlər qeyd etdilər ki, Şuşa Bəyannaməsinin Milli Qurtuluş Günündə, Qars müqaviləsinin yüz illiyində, həm də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərin ədalətli sonluğudur. Şuşa Bəyannaməsi işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqi, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük mənəvi-siyasi dəstəyin ifadəsidir. Şuşa Bəyannaməsinin imzalanması iki ölkənin qardaşlığının, müttəfiqliyinin simvoluna çevrilib. Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi də türk xalqlarının heç şübhəsiz qədim şəhərimizə verdiyi dəyərin ifadəsidir. Çıxışçılar qeyd etdilər ki, bu il Türkiyə və Azərbaycanın diplomatik əlaqələrin 30-cu ildönümü qeyd edilir. Lakin bu əlaqələrin qədim və zəngin tarixi kökləri vardır. Ölkələrimiz arasındakı əlaqələrin hazırda ən yüksək səviyyədədir. İki ölkənin hakim partiyaları arasında davamlı olaraq əlaqələrin inkişafıda xüsusi qeyd edilməli məsələdir. Bununla bağlı Ankarada əməkdaşlıq protokolu imzalanıb, həm Azərbaycanda, həm də Türkiyədə bir sıra səfərlər, görüşlər gerçəkləşdirilib.
Nəhayət bir məqamıda xüsusi vurğulamaq istərdik ki, bu uğurlar son illərdə iki qardaş ölkənin, iki qardaş prezidentin, iki güclü və həmrəy iqtidar partiyasının son uğuru deyil. Qardaş ölkə xalqları möhkəm iradəli rəhbərlərin və xalqlarını böyük zəfərlərə daşıyan partiyaların rəhbərliyi altında böyük uğurlar qazanacaqlar.

Cavid Məmiyev, YAP Sumqayıt şəhər təşkilatının fəalı, SDU 3 saylı ərazi partiya təşkilarının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər