“Şuşada Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi mühüm hadisədir” – TAHİR MİRKİŞİLİ

605
Şuşada Dünya Azərbaycanlılarının V qurultayının keçirilməsi mühüm hadisədir. Şuşa bütün türk dünyasının mədəniyyət və qürur mərkəzidir. Dünya azərbaycanlılarının Şuşaya toplaşması bu arzular naminə şəhid olan qəhrəman əsgərlərimizin ruhlarını şad edəcəkdir.
Bundan sonrakı əsas məqsədimiz Şuşanın, işğaldan azad olmuş ərazilərimizin bərpası, investisiyaların cəlb olunması, özəl sektoru daha çox bu işlərə cəlb etmək olacaqdır. Bu baxımdan keçiriləcək tədbiri mühüm imkan kimi qəbuı etmək lazımdır.
Dünyada bizim uğurlu və imkanlı iş adamlarımız xeyli saydadır. Cənab Prezident özəl sektoru bu işlərdə aktiv iştirak etməyə dəvət etmişdir. Hazırda Milli Məclisdə “İnvestisiya fəaliyyəti haqqında” qanun müzakirə olunur. Qanun bu cür investisiyaların təşviqini və qorunmasını daba da gücləndirəcəkdir.
Azad edilmiş ərazilərdə məskunlaşma siyasəti mərhələli olacağından düşünürəm ki, özəl sektor tərəfindən investisiya planlarının da buna uyğunlaşdırılması məqsədəuyğun olardı. Bu mənada iş adamlarına paket formasında investisiya layihələrinin sektorlar üzrə təklif olunması, bazara çıxış və ixrac imkanlarının dövlət hesabına təhlil edilərək onlara təqdim olunması hesab edirəm ki, investisiya cəlb etmə prossesini daha da asanlaşdıra və sürətləndirə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər