Tahir Mirkişili ABŞ-ın “The Wall Street Journal” nəşrinə açıqlama verib

446

“The Wall Street Journal” nəşri Ermənistanın Dağlıq-Qarabağı işğalı nəticəsində didərgin düşmüş insanlar və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi uğrunda apardığı 44 günlük mübarizədən bəhs edən məqalə dərc edib.

Nəşrin əməkdaşı Ann Simmonsun müəllifi olduğu məqalədə, həmçinin, ərazilərin viran qoyulması məsələsinə toxunulub

Məqalədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə də istinad edilir: “İşğaldan azad edilmiş rayonlarda zəruri yenidənqurma işlərinin miqyası çox böyükdür. 1990-cı illərdə Ermənistan tərəfindən zəbt edilmiş rayonlarda 150 mindən çox ev, 9 minə qədər ictimai bina, o cümlədən 700 məktəb dağıdılıb”.

Məqalədə rəsmi şəxslərə istinadən vurğulanır ki, işğaldan azad olunmuş rayonlarda yenidənqurma proqramının həyata keçirilməsinə özəl və xarici investisiyalar da kömək edəcək. Türkiyə, İran, Macarıstan, İtaliya və Böyük Britaniya hökumətləri bu regionun bərpasına töhfə verməyə, o cümlədən sənayeyə sərmayə qoymağa və ərazilərin minalardan təmizlənməsinə kömək etməyə hazır olduqlarını bildiriblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər