Deputat Tahir Mirkişili Azərbaycan şagirdlərinin Beynəlxalq Fizika Olimpiadasındakı uğurunu yüksək qiymətləndirib
Milli Məclisin deputatı Tahir Mirkişili 56-cı Beynəlxalq Fizika Olimpiadasında Azərbaycan şagirdlərinin əldə etdiyi uğuru yüksək qiymətləndirib.
Deputat sosial şəbəkə hesabında paylaşdığı fikirdə bildirib ki, Azərbaycan komandası son 20 ilin ən yüksək nəticəsinə imza ataraq olimpiadanı 3 gümüş və 2 bürünc medalla başa vurub. Onun sözlərinə görə, bu nailiyyət böyük zəhmətin, istedadın və əzmkarlığın nəticəsi olmaqla yanaşı, ölkənin təhsil sisteminin və gənclərinin yüksək potensialını nümayiş etdirir.
Tahir Mirkişili xüsusilə vurğulayıb ki, gümüş medal qazananlardan biri – Sumqayıt Texniki və Təbiət Elmləri Liseyinin şagirdi Zeynəb Məmmədli Beynəlxalq Fizika Olimpiadasında medal qazanan ilk azərbaycanlı qız kimi tarixə düşüb.
Deputat bu münasibətlə Zeynəb Məmmədlini, onun müəllimlərini və valideynlərini təbrik edib, ona gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.


Müzakirə qapadılmışdır.