Tahir Mirkişili: “Ermənistan və dünya erməniləri bu mesajlardan nəticə çıxarıb gələcəyə baxmalıdır”

943

“Cənab Prezident İlham Əliyevin Brüssel səfəri, orada keçirdiyi görüşlər Azərbaycanın  yürütdüyü uğurlu xarici siyasətinin və diplomatiyasının məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Bu istər Avropa İttifaqı, istərsə də NATO kimi mötəbər beynəlxalq təşkilatlarla ikitərəfli münasibətlər, istərsə də Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli, təkbətək görüşü baxımından birmənalı şəkildə Azərbaycanın danışıqlar masasındakı növbəti ciddi qələbəsi hesab etmək olar. Bu səfər Azərbaycanın beynəlxalq münasibətlər, o cümlədən beynəlxalq təhlükəsizlik sistemində oynadığı rolun və ölkəmizə, onun liderinə verilən yüksək dəyərin  göstəricisi kimi qəbul edilməlidir”.

Bunu “Ölkə.Az”a açıqlamasında  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr Tahir Mirkişili deyib.

Avropa İttifaqı və NATO ilə ikitərəfli əlaqələrə toxunan komitə sədri deyib ki, istər NATO Baş katibi Yens Stoltenberq, istərsə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə keçirilən görüşdə Azərbaycanın beynəlxalq təhlükəsizilik sisteminin, xüsusən də Avropanın enerji təhlükəsizliyinin arxitekturasının müdafiəsində oynadığı rol yüksək dəyərləndirilib.

“NATO Baş katibi ilə keçirilən görüşdə əsas müzakirə predmeti Azərbaycanın qlobal təhlükəsizlik sistemindəki rolu və regionda enerji təhlükəsizliyi məsələləri müzakirə edilib. Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı etibarlı tərəfdaş olması, çox yüksək qiymətləndirilib. Bildiyiniz kimi Azərbaycan Avropanın 20-dən artıq ölkəsinə neft satır. Bundan əlavə olaraq NATO-nun 4 üzv ölkəsini etibarlı şəkildə təbii qazla təchiz edir. Qarşıdakı illərdə onların sayının artacağı da istisna deyil. Bu təkcə regional sabitlik, təhlükəsizlik baxımdan çox mühüm məsələdir.  Çünki müasir dövrdə enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir.

Digər xüsusi məqam isə NATO-Azərbaycan əlaqələridir ki, bu məsələdə də Alyansla  yüksəksəviyyəli qarşılıqlı fəaliyyət mövcuddur. Məhz əlaqələrin yüksək səviyyədə olmasının nəticəsidir ki, NATO ilə Azərbaycan bundan sonra da regional və beynəlxalq təhlükəsizlik sahəsində birgə səylərini davam etdirmək qərarına gəlib. NATO Baş katibi ilə görüşdə diqqət çəkən ən əsas  məsələ isə Azərbaycanın 44 günlük müharibədən sonra Cənubi Qafqaz bölgəsində yaratdığı yeni geosiyasi, geoiqtisadi reallığın Alyans tərəfindən qəbul edilməsi və dəstəklənməsi məsələsidir. Baş kaib Yens Stoltenberqin “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik. Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm” bəyan etməsi, dediklərimin bariz sübutudur.

Aİ ilə əlaqələrə gədikdə Azərbaycanla bu qurum arasında çox sıx əməkdaşlıq mövcuddur. Hazırda Azərbaycan 10-dək Aİ-yə üzv olan ölkə ilə strateji əməkdaşlıq sazişi mövcuddur. Bu əlaqələrə günbəgün inkişaf etməkdədir. Bu, istər ticari-iqtisadi əlaqələr baxımından, istərsə humanitar, istərsə də siyasi baxımdan inkişaf etməkdədir. Aİ Şurasının prezidenti ilə görüş və orada əldə olunan razılıqlar bunu deməyə əsas verir. Bir daha qeyd edim ki, Aİ Azərbaycanı özünün etirbarlı tərəfdaşı hesab edir və bu əlaqələrə gələcəkdə daha yüksək səviyyəyə qalxacaq”, – komitə sədri əlavə edib.

Deputat əlavə edib ki, postmüharibə dövründə Aİ ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımdan geniş imkanlar yaranıb: “ Azərbaycanın 44 günülük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıq regional əməkdaşlıq baxımından Avropa İttifaqının tam mənada maraqlarına cavab verir. Çünki Avropa strukturlarının indiyədək əsas tələblərindən biri Cənubi Qafqazda sülhün, sabitliyin yaranması üçün birgə əməkdaşlıq təklifi idi və bu məqsədlə bölgə ölkələri arasında kommunikasiyaların açılmasını təklif edirdi. Azərbaycan da  dayanıqlı sülhün, sabitliyin təmin olunub, sıx əməkdaşlığın yaranması istiqamətdə real addımlar atıb, iqtisadi layihələr icra etməkdədir. Lakin təəssüflər olsun ki, hər zaman olduğu kimi yenə də Ermənistan tərəfi bu məsələdə ortaya konstruktiv mövqe qoymur. Hər vəchlə bölgədə sabitliyə, təhlükəsizliyə təhdid yaradaraq, maneçilik törətməklə gərginliyi davam etdirməyə çalışır. Bax, Avropa İttifaqı bu məsələdə Ermənistana təsir edib təkcə Cənubi Qafqaz üçün yox, eyni zamanda Avropanın təhlükəsizliyinə təhdid hərəkətlərdən əl çəkməyə, regional əməkdaşlıq istiqamətində konkret addım atmağa vadar etməlidir. Onsuz da Ermənistanın destruktiv hərəkətləri son etibarı ilə ermənilərin maraqlarına ciddi xələl gətirir. Vaxt itikisi Ermənistanın ziyanına işləyir və yaranmış fürsətdən faydalanmaq imkanlarını hər keçən gün azaldır.
Ermənistanın və onun havadarlarının istəyindən asılı olmayaraq Azərbaycan qalib dövlətdir və bölgədəki prosesiləri o diktə edir. Son bir ildə Cənubi Qafqazda proseslər Azərbaycanın yaratdığı yeni reallığa uyğun olaraq inkişaf edir və bu geriyədönməz bir proses alıb. Biz “3+3” formatında keçirilən ilk Moskva görüşünü, regional logistik, nəqliyyat, tranzit yükdsaşımalar, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı layihələrin həyata keçirilməsi istiqamətində atılan addımları misal çəkə bilərik. Bu məsələdə Azərbaycanın qətiyyətli mövqeyi ortadadır və bu mövqeyini Avropa İttifaqının paytaxtı Brüsseldən bir daha dünyaya çatdırdı.

Azərbaycan Prezidenti bölgədə sabitliyin, əmin-amanlığı yaranması naminə düşmənçiləyə son qoyub əməkdaşlığa hazır olduğunu bəyan edib. İrəvan da buna adekvat addımlar atmalı, 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il bəyanatları zamanı üzərinə götürdüyü öhdəlikləri təxirə salınmadan yerinə yetirməlidir. Çünki Avropa İttifaqının prezidenti Şarl Mişel cənab Prezident İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi görüşün yekununda yaydığı bəyanatda da Cənubi Qafqazda sülhün təmin edilməsi üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırışı, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda iştirakı, Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına  dəstək verib, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını  təklif etməsi  və digər məsələrlə bağlı irəli sürülən məsələlər Azərbaycanın irəli sürdüyü təkliflərlər tam üst-üstə düşür”.

Zəngəzur dəhlizi ilə Aİ-nin mövqeyinə gəldikdə komitə sədri deyib ki,  Zəngəzur dəhlizinin açılması Avropanın tam maraqlarına cavab verir: “Avropa Zəngəzur dəhlizinin açılamasında maraqlıdır. Çünki Avropa Şərq-Qərb marşrutu üzrə ən qısa yol Zəngəzur dəhlizi olacaq. Baxmayaraq Gürcüstan və Azərbaycan üzərindən keçməklə belə bir yol fəaliyyət göstərir, amma Zəngəzur dəhlizi yükdaşımanın diversifikasiyasına, həmçinin Ermənistanın da bu prosesdə iştirak edib, faydalanması baxımdan, həmçinin regional əməkdaşlığın daha da inteqrasiya olunmuş formada həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Brüsseldə də Zəngəzur dəhlizinin reallaşması bir daha bunun əhəmiyyətini göstərir. Son olaraq onu qeyd edim ki, Ermənistan vaxt itirmədən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan artıq onu birmənalı şəkildə qəbul etməlidir ki, bölgədə şərti ortaya qoyub, onun icrasını diktə edən Azərbaycandır. Beynəlxalq aləm də bunu qəbul edir və Azərbaycanla hesablaşır. İndi seçim dalana dirərən Ermənistanındır. Bu seçimi nə qədər tez etsə, üzləşdiyi faciələrdən daha tez xilas ola bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər