Tahir Mirkişili ilin əsas iqtisadi hadisələrini və gələcək hədəfləri açıqladı

908

2021-ci il artıq başa çatmaq üzrədir. Modern.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilin əsas makro-iqtisadi yekunları barədə fikirlərini bölüşüb:

– 2020-ci ildəki – 4.3%-lik ÜDM-in azalmasını dayandırıraq, 2021-ci ildə ÜDM-in 5.5%-dən çox artmasına nail olundu;

– Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli bərpa-quruculuq işlərinə başlanıldı. Füzuli Beynəlxalq Aeroportu, Şuşaya aparan Zəfər Yolu istifadəyə verildi;

– Gorus-Qafan yolunda ilk Yanacaq Doldurma Stansiyası istifadəyə verildi;

– Qeyri-neft ÜDM-nin 6.5%-dən çox artmasına nail olundu;

– Qeyri-neft sənayesində artım 20%-i keçdi;

– Strateji valyuta ehtiyatları 53 mlrd dolları keçdi;

– Avropa Bazarlarına ilk dəfə 7 mlrd m3-dan çox qaz ixrac edildi;

– Qeyri-neft ixracımız 44%-dən çox artdı;

– İxrac idxalı 10 mlrd dollardan çox üstələdi;

– Tədiyyə balansının cari əməliyyatlar balansının profisiti 4 mlrd dollara yaxın oldu;

– Əhalinin banklardakı əmanəti 12%-dən çox artaraq 9 mlrd manatı keçdi;

– Minimum əmək haqqı, maaşlar, təqaüdlər orta hesabla 20-40% artırıldı (01 yanvar 2022-ci ildən);

– 2021-ci ilin Dövlət Büdcəsi proqnozdan artıq gəlirlərlə icra edildi;

– Manatın məzənnəsi sabit olaraq qorunub saxlanıldı.

Komitə sədri 2022-ci il üçün isə əsas iqtisadi hədəflər kimi aşağıdakıları qeyd edib:

– ÜDM-in daha 4%-ə qədər artırılması;

– Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarda bərpa və quruculuq işlərini sürətlə davam etdirmək;

– Şərqi-Zəngəzurda ilk yaşayış məntəqəsini istifadəyə vermək;

– Orta illik inflyasiyanın 4%-ə qədər təşkil etməsinə nail olmaq;

– Qeyri-neft sektorunun payının artırılması, qeyri-neft ixracının daha da artırılması;

– Avropa bazarlarına 9 mlrd m3 qaz ixrac etmək;

– Əhalini maddi rifah halının artması üçün əlavə tədbirlər görmək;

– Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması;

– Makro iqtisadi sabitliyi qorumaq;

– İqtisadi islahatları davam etdirmək, sahibkarlığı inkişaf etdirmək;

– Xarici investisiyaların daha çox cəlb olunmasına çalışmaq;

Mövcud iqtisadi resurslarımız, regionda baş verən yeni reallıqlar, dövlət başçısının güclü iradəsi hesabına indiyə kimi olduğu kimi, növbəti ildə də iqtisadi hədəflərimizə çatmaq əzmindəyik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər