Azərbaycanı qarşıdakı yeddi il ərzində daha böyük uğurlar və inkişaf gözləyir. Ekspertlər bildirirlər ki, bu haqda ilk mesajlar həm YAP-ın son qurultayında, həm də seçkidən sonra dövlət başçısının bəyanatlarında səslənib. Bildirilib ki, Azərbaycanda iqtisadi islahatlarla yanaşı siyasi islahatların da aparılması diqqət mərkəzindədir. Millət vəkili Tahir Mirkişili deyir ki, əsas məsələlərdən biri ordumuzun gücləndirilməsi, torpaqların işğaldan azad edilməsi ilə bağlıdır. Bununla belə iqtisadi islahatlar da davam etdirilir: “Getdikcə, geosiyasi arenada maraqlar daha çox toqquşmağa başlayır. Bu, həm Suriya, həm ABŞ və Rusiya ilə əlaqələrlə bağldır. Təbii, Azərbaycan bu bütün bu qovğalardan konfliktlərdən kənarda qalmaq və dövlətin təhlükəsizliyini qorumağa nail olmalıdır”. Prezidentin çıxışlarında sabitlik və təhlükəsizliyin qorunması ilk öndə vurğulanır. Lakin ən ümdə məsələrdən biri də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Milli Məclisin komitə sədri Hadı Rəcəbli qeyd edir ki, növbəti illərdə əhəmiyyətli məsələlərdən biri də Azərbaycan vətədaşının güzəranının yaxşılaşdırılması ilə bağlıdır: “Sosial müdafiənin bir sıra istiqamətləri var. Bura yeni iş yerlərinin yaradılması, əmək haqqının yüksəldilməsi, sağlamlığın qorunması, təhsilin yaxşılaşdırılması, bütün bu sistem məsələləri sosial müdafiəsinin gücləndirilməsi paketinə daxildir”. Ekspertlər bildirirlər ki, iqtisadi cəhətdən Azərbaycanın hədəfləri kifayət qədər böyükdür. Bura bəzi layihələrin başa çatması, yenilərinin başladılması aiddir. Bu həm qeyri neft, həm də neft sektoru ilə bağlıdır. Ekspertlər əmindirlər ki, aparılacaq islahatlar sayəsində Azərbaycanın hədəflədiyi nəticələrə daha tez nail olmaq mümkündür.
Tahir Mirkişili: “Ölkədə islahatlar davam etdiriləcək”
•
2727