Tahir Mirkişili: “Pandemiya istehsal zəncirini darmadağın etdi”

606

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən komitə sədri Tahir Mirkişili narahatlıq doğuran məqamlarla bağlı fikirlərini bölüşdü. Komitə sədrinin sözlərinə görə, bəzi rüsumlar var ki, 15 il əvvəl qəbul olunub və bu müddətdə ölkədə inflyasiya baş verib.

T.Mirkişili qeyd etdi ki, bu gün bizim yığdığımız vergi və rüsumlar dövlət büdcəsinin 60 faizini belə, təşkil etmir. Bununla belə, komitə rəhbərinin sözlərinə görə, rüsumları qaldırmaqdan da vacib məsələlər var və bu, vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılması ilə əlaqədardır.

T.Mirkişili iclasda bahalaşma ilə bağlı səslənən fikirlərə toxunarkən qeyd etdi ki, burada obyektiv məsələləri nəzərə almaq lazımdır: “Bütün dünya inflyasiya dövrünə qədəm qoyur. İnflyasiyanın qarşısını almaq mümkün olmayacaq. Bunun da bir çox səbəbləri var. Pandemiya istehsal zəncirini darmadağın etdi. Bütövlükdə nəqliyyat xərcləri bütün dünyada ciddi şəkildə artdı”. Komitə sədri qeyd etdi ki, qarşıdan dövlət büdcəsi müzakirələri gəlir və narahatlıq doğuran məsələləri geniş müzakirə etmək imkanları olacaq.

Müzakirələrdən sonra layihə ilkin oxunuş üçün Milli Məclisin oxunuşuna təqdim olundu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər