“Bu gün qədim tarixi olan Sumqayıtın şəhər kimi yaradılmasından 75 il keçir. Keçən 75 ildə Sumqayıt böyük inkişaf yolu keçmişdir. Eyni zamanda, müstəqil Azərbaycanın ağrı-acılarından ən çox pay alan şəhərlərdən də biri olmuşdur”
Bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib.
Tahir Mirkişili qeyd edib külü, Ulu öndər Heydər Əliyev və dövlət başçısı cənab İlham Əliyevin dəstəyi və qayğısı nəticəsində Sumqayıt öz inkişaf dövrünə qayıtmış, şəhərə sevgi ilə böyük quruculuq işləri həyata keçirilmişdir.
Sumqayıtlılar hər zaman zəhmətkeşliyi və vətənpərvərliyi ilə fərqlənmişlər. Təhsil, idman, dövlət idarəetməsi sahəsində xeyli istedadlı sumqayıtlılar vardır. Vətənimizin qorunmasında xeyli igid sumqayıtlı şəhidlərimiz öz canlarını qurban vermişlər.
Bu gün sumqayıtlılar üçün bayramdır. Şəhərin yaranmasının 75 illiyinin tamam olması münasibətilə bütün sumqayıtlıları təbrik edirəm! İnkişaf edən, gözəlləşən 75 yaşlı müdrik Sumqayıt şəhəri gələcəyə sarsılmaz gənclik inamı ilə bundan sonra da inkişaf edəcəkdir!
Müzakirə qapadılmışdır.