Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Mirkişili YAP Sumqayıt şəhər təşkilatının qərargahında sahibkarlarla görüş keçirib.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə Tahir Mirkişilinin fəaliyyəti və gördüyü işləri əks etdirən hesabat xarakterli videoçarx nümayiş etdirilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın parlament seçkilərinə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb.
Təşviqat qrupunun üzvləri Şakir Abışov, Anar Qasımlı və Vüqar Zeynalov Prezident İlham Əliyevin uğurlu siyasəti və Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi haqqında danışıblar.
Namizəd Tahir Mirkişili isə seçiciləri qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırıb.
Görüş zamanı seçicilər öz sual və təkliflərini Tahir Mirkişiliyə ünvanlayıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Tahir Mirkişili 10-cu mikrorayon seçiciləri ilə məhəlli görüş də keçirib.
Müzakirə qapadılmışdır.