“Bu gün 24 apreldir. Hər il olduğu kimi bu dəfə də dünya erməniliyi 1915-ci ildə Osmanlı imperiyasının öz təhlükəsizliyini təmin etmək məqsədilə xəyanətkar ermənilərin köçürülməsi prosesini “soyqırım” kimi tanıtmaq üçün əllərindən gələn və gəlməyən hər şeyi etməyə çalışır, bütün ümidlərini bəzi dövlət başçılarının bu gün nə deyəcəyinə bağlayırlar… Bunları dinlədikcə bəzən elə bir təsəvvür yaranır ki, bunlar başqa planetdən gəliblər. Fikirləri,yanaşmaları, təhlilləri, qərarları Yer planetinin qayda və ənənələrinə heç cür uyğun gəlmir.”
Bu fikirləri millət vəkili Tahir Mirkişili rəsmi facebook səhifəsindəki paylaşımında qeyd edib.
Millət vəkili yazır ki, bütün bunları təhlil edərək, bəzən düşünürsən ki, bu ölkə ilə necə qonşuluq edəsən: “Tamamilə normal olaraq 100-200 il öncə digər ölkələrdən qovulan insanları Azərbaycan qonaq kimi qəbul edib, “stolun başında” əyləşdirərkən, kimin ağlına gələ bilərdi ki, bu adamlar bir gün Xocalı faciəsini törədərək, vəhşicəsinə azərbaycanlı uşaq, qadınları öldürəcəklər? Bəzən bir birimizi qınayırıq ki, “biz unutqan xalqıq”. Ama normal bir insanın həyat fəlsəfəsi gələcəyə baxmaqdır, qurub-yaratmaqdır. Təbii ki, tarixi bilərək tarixdən dərs götürmək lazımdır. Ancaq sənə daim nifrət hissi ilə yanaşan, sənin sahib olduqlarında gözü olan bir qonşu ilə birlikdə necə yaşamaq olar ki?
Dünya tarixində xalqlar arasında çox münaqişələr olub. Ama heç bir münaqişədə onu hörmət, ehtiram və qayğı ilə qarşılayan, öz evini verən xalqa qarşı belə xəyanətkarlıq olmayıb. Heç bir xalqın min illərlə formalaşan adət, ənənəsində belə qaydalar yoxdur. Heç bir xalqın nümayəndələri öz övladlarını digər hər hansı bir xalqa qarşı nifrət hissində böyütmür.
Bütün bunlara rəğmən biz bu “yad planetlilər”lə qonşu olaraq birgə (birlikdə olmasa da) yaşamağa məhkumuq. Demək ki, resurslarımızın bir hissəsini gələcək naminə deyil, keçmişi öyrənməklə bu günümüzü qorumağa sərf etməliyik. Bunun üçün isə baş verən hadisələri diqqətlə öyrənməliyik. Hazırda ordakı cinayətkar rejim onların da gözünü bağlamaqdadır. Ermənistanın sağlam qüvvələri öz xaqlarını bu qaranlıq həbsxanadan çıxartmalıdırlar. Biz də onlara bu məsələdə yardım etməyə hazırıq.
Sağlam, sülhsevər, demoktkratik Ermənistan ən çox erməni xalqına və Azərbaycana lazımdır.”
Tahir Mirkişili, Millət Vəkili
Müzakirə qapadılmışdır.