Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur. Bunun da obyektiv və subyektiv səbəbləri var.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov nazirliyin media nümayəndələri üçün keçirdiyi təlimdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müəllimlərin, şagirdlərin psixoloji problemləri var:
Nazir müavini qeyd edib ki, məktəblərdə hər kəsə istənilən kimi tərbiyə vermək mükün olmur:
“Buna görə də məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik tərəfindən gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atılıb.
Bu yaxınlarda Cəlilabadda müəllimin şagirdə sataşması və döyülməsi barədə məlumat yayıldı. Məsələ araşdırılmadan yazıldı. Daha sonra məsələ barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıldı. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər”.