Təhsil nazirinin müavini: bəzi müəllimlərin psixoloji problemləri var

1255

Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur. Bunun da obyektiv və subyektiv səbəbləri var.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov nazirliyin media nümayəndələri üçün keçirdiyi təlimdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müəllimlərin, şagirdlərin psixoloji problemləri var:

“Ona görə də biz məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alırıq ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olur. Çünki uşaqlarda xarakter 3-5 yaşlarında formalaşır və məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmadıqda, gələcək inkişafında problem ola bilər”.

Nazir müavini qeyd edib ki, məktəblərdə hər kəsə istənilən kimi tərbiyə vermək mükün olmur:

“Buna görə də məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik tərəfindən gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atılıb.

Bu yaxınlarda Cəlilabadda müəllimin şagirdə sataşması və döyülməsi barədə məlumat yayıldı. Məsələ araşdırılmadan yazıldı. Daha sonra məsələ barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıldı. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər