Təhsil Nazirliyinə Sumqayıtın 3 məktəbindən şikayət olunub

700

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 2012-ci ilin sentyabr ayında 1441 müraciət daxil olub. Müraciətlərdən 1308-i telefonla, 133-ü isə elektron poçtla qəbul edilib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Müraciətlərin əksəriyyəti yeni dərs ilinin başlanması ilə əlaqədar sorğu xarakterlidir. Sorğuların əksər hissəsi ümumi təhsil məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri ilə bağlıdır. Sorğular müəllimlərin dərs bölgüsü, şagirdlərin dərsliklərlə təminatı, məktəbli forması, ümumi təhsil məktəblərinə şagird qəbulu, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, ümumi təhsil məktəb müəllimlərinin əmək haqqının, məzuniyyət pulunun he¬sab¬lan¬ması və digər məsələlərlə əlaqədardır. Digər sorğular tələbələrin ali və orta ixtisas məktəblərinə köçürülməsi, bərpası, təhsil haqqının ödənilməsi, bakalavr və magistr pillələrində ixtisaslaşma, təhsil sənədlərinin tanınması barədədir.   Ötən ay daxil olmuş 69 şikayət məzmunlu müraciətin təhlili göstərir ki, onların əksəriyyəti yenə də ümumi təhsil məktəbləri ilə əlaqədardır. Belə ki, ümumi təhsil məktəbləri üzrə Bakı şəhərindən 29, digər şəhərlərdən 7 (Sumqayıtdan 3, Gəncədən 2, Mingəçevir və Şirvan şəhərlərinin hər birindən 1), Astara və Ağstafa rayonlarının hər birindən 3, Gədəbəy, Sabirabad, Samux, Qəbələ rayonlarının hər birindən 2, Abşeron, Lənkəran, Masallı, Şəki, Şəmkir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Kürdəmir, Balakən, Goranboy, Neftçala, Beyləqan, Laçın, Oğuz rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.   Ümumi təhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, dərs bölgüsündən narazılıq, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əmək haqqından qanunsuz tutulmalar ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, bu müraciətlərin araşdırılması zamanı yenə də xeyli sayda müraciətin anonim olduğu aşkarlanıb, böyük bir qisim müraciətdə qeyd olunan faktlar öz təsdiqini tapmayıb. lent.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər